Maliyyə naziri: Manatın məzənnəsinin kəskin möhkəmlənməsi yerli istehsalçılara mənfi təsir göstərə bilər

5 Dekabr 2018 08:00 (UTC+04:00)

Manatın məzənnəsinin kəskin möhkəmlənməsi, ilk növbədə, bizim istehsalçılarımıza mənfi təsir göstərir.

Movqe.az xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “AZTV” telekanalının efirində deyib.

Nazirin sözlərinə görə, buna səbəb həmin istehsalçıların məhsullarının xarici bazarlarda daha çətin satılmağa başlamasıdır: “Rəqabət qabiliyyətliliyi başlayır azalmağa. Digər təfərdən, onlar daxili bazarda da rəqabəti uduzmağa başlayır. Nəyə görə, çünki xaricdən daha ucuz mallar idxal edilir“.

S.Şərifov hesab edir ki, son iilər aparılan siyasət makroiqtisadi balansın saxlanılması və iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub.