Tofiq Musayev növbəti döyüşünə hazırlaşır

5 Dekabr 2018 10:18 (UTC+04:00)

Qaydasız döyüşçümüz Tofiq Musayev növbəti döyüşünə hazırlaşır. Movqe.az xəbər verir ki, o, 31 dekabrda Yaponiyada "Rizn" təşkilatının təşkil etdiyi  döyüşə çıxacaq. Musayevin rəqibi 70 kiloqram çıəkidə yaponiyalı Nobumitsu ləqəbli "Tyson" olacaq. 

Qeyd edək ki, həmin gün dünyaca tanınmış boksçu Floyd Meyvezer ilə  tanınmış yaponiyalı idmançı Tenshin Nasukaşa da döyüşəcək.