Başı dayanmadan böyüyür

24 Aprel 2013 19:33 (UTC+04:00)

Hindistanda Roona Begum adlı 18 aylıq uşağın normaldan 3 dəfə artıq böyümüş başı görənlərin ürəyini ağradır. Movqe.Az-ın məlumatına görə, Başa su dolması olaraq tanınan hidrosefaliya xəstəsi olan kiçik qız, ailəsinin yoxsul olmasından dolayı müalicə ala bilmir. Fabrikdə çalışan ve günə yalnız 2 avro qazanan kiçik qızın atası Abdul Rahman qızının müalicə xərclərini ödəyə bilməyəcəyini  söyləyib. Həkimlər  Roonanın başına yiğilan suyun alınmasının mümkün olduğunu bildirirlər.