Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb

5 Dekabr 2018 12:39 (UTC+04:00)

Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoruGülşad Məmmədova Movqe.az-a açıqlamasında bildirib ki, qeyri-sabit hava şəraiti dekabr ayının birinci ongünlüyünün sonunadək davam edəcək.

O bildirib ki, növbəti günlərdə ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: "Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

G.Məmmədova qeyd edib ki, havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir.