Rövnəq Abdullayev:" Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi yüksəkdir"

5 Dekabr 2018 17:05 (UTC+04:00)

 "Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi kifayət qədər yüksəkdir".

Movqe.az  xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezident Rövnəq Abdullayev neft-qaz sənayesində milliləşdirmə proqramının 5-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib. 

O qeyd edib ki, 2013-cü ildə "BP Exploration" şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77% civarında olduğu halda 2018-ci ilin sonuna işçi heyətin artıq 90%-i milli kadrlardan ibarətdir. "Biz neft-qaz sektorunda milliləşdirmə proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış Prezidintimiz qarşısında məruzə edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR -ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrəsini verib".