UEFA "Qarabağ"a 981 min avro verdi

6 Dekabr 2018 17:21 (UTC+04:00)

UEFA-nın 2017/2018 mövsümündə Çempionlar Liqasında iştirakçısı kimi “Qarabağ”a ayırdığı vəsait klubun hesabına köçürülüb. Movqe.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, 981 min avro vəsait milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”a verilib.