Gədəbəydə mağazadan 2 min manat oğurlanıb

6 Dekabr 2018 19:30 (UTC+04:00)

Gədəbəydə mağazadan 2 min manat oğurlanıb.

DİN-dən Movqe.az-a  verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon ərazisindəki mağazaların birindən 2000 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Arıqdam kənd sakini Aydın Şükürov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.