Masallıda ağacəkmə kampaniyası

7 Dekabr 2018 15:21 (UTC+04:00)

Movqe.az xəbər verir ki, 5-6 dekabr 2018-ci il tarixdə Masallıda  ağacəkmə kampaniyası-  iməcilik keçirilib. İməcilik yolu ilə gündə 10 min ədəd tut tingi əkilməklə İki gün ərzində Çin Xalq Respublikasından 20 min ədəd  gətirilmiş ağac torpağa köçürülmüşdür. 
Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə gətirilən tut ağacı əkini kampaniyası Masallı şəhərinin müxtəlif idarə və müəssisə, ərazi və məktəbləri əhatə edib. Belə ki,  Ağ Ciyər Xəstəlikləri və Viləş xəstəxanası, Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Masallı Dövlət Regional Kolleci kollektivlərinin, Musakücə, Mahmudavar, Türkoba, Tüklə, Hişkədərə, Bədəlan, Qızılavar, Kolatan, Qodman, Yeyənkəd, Köhnə Alvadı, Təklə, Şərəfə, Həsənli, Xırmandalı, Qızılağac, Yeddioymaq, Şıxlar və başqa kəndlərin və ayrı-ayrı  vətəndaşların qatıldığı iməcilik zamanı əkilən ağaclar suvarılıb, onların qorunması üçün mühafizə zolaqları çəkilib.
Aksiya çərçivəsində əkin üçün ayrılan sahələr yararlı vəziyyətə gətirilib.
                                 

Əlihüseyn Şükürov.