DGK: Abşeron gömrük postuna hər hansı təyinat olmayıb

7 Dekabr 2018 15:47 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində yayılan məlumatlara aydınlıq gətirib.

Komitədən Movqe.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.