Bu il özünüməşğulluq proqramı çərçivəsində artıq 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb

7 Dekabr 2018 17:05 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramında digər həssas qruplar kimi, məcburi köçkünlərin də fəal iştirakına şərait yaradılıb.

Movqe.az xəbər verir ki, cari ildə özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirərək müxtəlif iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarını uğurla müdafiə edənlərdən 1255 nəfəri məcburi köçkünlərdir. Onlardan artıq 330 nəfərinə biznes-planlarına uyğun mal və materiallar təqdim olunub.

Yaradılmış bu təsərrüfatlar maldarlıq, quşçuluq, arıçılıq, bağçılıq, xidmət və s. sahələri əhatə edir. Hazırda proqrama cəlb olunmuş digər məcburi köçkünlərin də mal və materiallarla təminatı işləri davam edir.