Masallı rayonunda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

8 Dekabr 2018 12:05 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dekabrın 7-də Masallı regional “Asan Xidmət” mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Masallı regional “Asan Xidmət” mərkəzi ərazi ilk partiya təşkilatının sədri Gülşən Xəlilova açmış, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
G.Xəlilova çıxış edərək xalqımızı n ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. “Ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib”, - deyən G.Xəlilova vurğulayıb ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz Heydər Əliyev adı ilə bağlı olduğunu qeyd edib.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on beş il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.
Seyfəddin Əliyev dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonra tədbir iştirakçılarından Ümid Quliyev, Zivər Əzizova, Aydan Məmmədova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışılıb. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğu qeyd edilib.
                                                     

Əlihüseyn Şükürov.