Cəlilabadda yol qəzası baş verib, yaralılar var

9 Dekabr 2018 12:45 (UTC+04:00)

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "BMW" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində, iki nəfər - Elnurə Quliyeva və Sürəyya Əliyevaxəsarət alıb.

Yaralılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.