"Ailə qursam, ərimlə efirə çıxacam" - Mənzurə

9 Dekabr 2018 15:25 (UTC+04:00)

Müğənni Mənzurə Musayeva ailəsini tamaşaçılardan gizlədən həmkarlarını qınayıb. 

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Hər şey daxil" verilişində bildirib ki, ərə getsə, ailəsini efirə çıxaracaq:

"Əgər ailən varsa,niyə onu göstərməyəsən ki? Bunları ayıb saymıram. Ailəmdirsə, niyə ortalığa çıxmasın? Əgər doğrudan ailədirsə, xanımıdırsa, niyə gizlədir? Əgər ailə qursam, yoldaşımla çıxaram efirə. Çağıranda, onunla gələcəm".