Türkiyə XİN Barak Obamanın müraciətini pisləyib
25 Aprel 2013 11:07 (UTC+04:00)
Mövqe.az-ın xəbərinə görə, Türkiyə XİN-in bəyanatında B. Obamanın
yenə də ermənilərin mövqeyini əks etdirən birtərəfli yanaşma
nümayiş etdirməsi təəssüflə vurğulanıb: "Tarixi gerçəkləri təhrif
edən bu açıqlamanı hər baxımdan problemli sayır və qəzəblə
qınayırıq. Mübahisəli tarixi olayları birtərəfli şərh edən bu cür
açıqlamalar həm ABŞ-Türkiyə əlaqələrinə zərər verir, həm də
türklərlə ermənilərin ədalətli tarixi yaddaşa malik olmalarını
çətinləşdirir. Amerika kimi önəmli müttəfiqimizdən problemi daha da
dərinləşdirməsini deyil, problemin həllinə konstruktiv yanaşma
nümayiş etdirməsini, məsələnin tərəfsiz və elmi şəkildə
araşdırılmasından qaçan erməni tərəfini gerçəkçi və konstruktiv
olmağa cəsarətləndirməsini gözləyirik".
Xatırladaq ki, B. Obama 1915-ci il hadisələri ilə bağlı ənənəvi
24 apreli müraciətində soyqırım sözünü işlətməsə də, ermənicə "mets
yegern" (böyük fəlakət) kəlməsindən istifadə edib və Osmanlı
İmperiyasında 1,5 milyon erməninin fəlakətə sürükləndiyini və
kütləvi qətllərə məruz qaldığını bildirib.