Azərbaycan Prezidenti Burkina-Fasonun dövlət başçısını təbrik edib

10 Dekabr 2018 17:26 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreyə təbrik məktubu ünvanlayıb.

Movqe.az xəbər verir ki, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Burkina-Fasonun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".