Bu gün və sabah Bakının bəzi qəsəbələrində su olmayacaq

10 Dekabr 2018 17:59 (UTC+04:00)

Yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvi ilə əlaqədar bu gün və sabah Bakının Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Movqe.az-a “Azərsu" ASC-dən bildirilir. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.