Baba yeni doğulan nəvəsini oğurlayıb sosial şəbəkədə satdı
25 Aprel 2013 14:13 (UTC+04:00)
Həmin şəxs körpəni Facebook-da danışdığı bir
biznesmenə satıb.
Pəncab ştatının Ludxiyan şəhərinin 47 yaşlı sakini
Feyruz Xanın günahı təsdiqlənərsə, o, yeddi il müddətinə azadlıqdan
məhrum edilə bilər.
Polis uşağı satmaqda Feyruz Xana kömək edən daha iki nəfəri həbs
edib. Onları da həbsxana həyatı gözləyir.
Araşdırma zamanı məlum olub ki, Feyruz Xanın qızı Nuri Xan doğum
evində olarkən atası həkim və tibb bacısı ilə danışaraq onlara
uşağı oğurlamağı tapşırıb. Öz nəvəsini oğurlamağa görə, Feyruz Xan
onlara 45 min rupi (830 dollar) verib.
Hazırda Feyruz Xan və onun köməkçilərinin digər cinayətlərdə
iştirak edib-etmədikləri araşdırılır.
2011-ci ilin məlumatına görə, Hindistanda uşaq oğurluğu ilə məşğul
olan 800-dən artıq quldur dəstəsi fəaliyyət göstərib.