Türkiyədə ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar simfonik orkestrin konserti keçiriləcək

11 Dekabr 2018 18:30 (UTC+04:00)

Türkiyədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar simfonik orkestrin konserti təşkil ediləcək.

Movqe.az xəbər verir ki, konsert dekabrın 12-də İstanbulda “Cemal Reşit Rey” konsert salonunda “Bir millət, iki dövlət” adı altında keçiriləcək.

Konsertdə Azərbaycan və Türkiyə xalq mahnıları ilə yanaşı, Üzeyir Hacıbəylinin “Koroğlu”, “Arşın mal alan” əsərlərindən hissələr səsləndiriləcək.