Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiq edib

11 Dekabr 2018 16:14 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Təhsil Şurası ilə Azərbaycan Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu təsdiq edib.

Movqe.az xəbər verir ki, sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb.

Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığı davam etdirməkdir.