Toya hazırlaşan Nigar Camalın gəlinliyi müzakirəyə səbəb oldu - FOTO

12 Dekabr 2018 22:59 (UTC+04:00)

Müğənni Nigar Camal geyimi ilə müzakirə mövzusu olub.

Movqe.az Publika.az-a istinadən xəbər verir ki, 38 yaşlı ifaçı Instagramda ağ libasda şəkillərini paylaşıb. Fotoya “Toya hazırlıq” şərhini yazan müğənni “Evlənirəm”, “Səni sevirəm” həştəqlərindən istifadə edib. Ulduzun dərin yarığı və sinə dekoltesi diqqət çəkib.

Məlum olub ki, müğənninin bu kadrları ATV kanalının yeni il çəkilişlərindəndir.