Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü Krakovda keçiriləcək

25 Aprel 2013 15:33 (UTC+04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə növbəti görüşü Polşanın Krakov şəhərində keçiriləcək.


APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

 

E. Nalbandyan görüşün may ayında keçirilməsinin  nəzərdə tutulduğunu deyib. O, yüksək səviyyədə görüşlərin keçirilməsinin də istisna olmadığını sözlərinə əlavə edib.