Oqtay Əsədov Gürcüstanın yeni Prezidentinin inauqurasiyasında iştirak edəcək

12 Dekabr 2018 17:29 (UTC+04:00)

Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Gürcüstana səfər edəcək.

Movqe.az xəbər verir ki, parlament sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edəcək.

S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da Telavi şəhərində keçiriləcək.