Misir Mərdanov: "Hazırda bağda istirahət edirəm"
25 Aprel 2013 15:47 (UTC+04:00)
"Hazırda bağda istirahət edirəm". BunuPublika.Az-a açıqlamasında
sabiq təhsil naziriMisir Mərdanovbildirib.
Yeni təhsil naziri Mikayıl Cabbarovun potensialını da
qiymətləndirən M.Mərdanov deyib: "İnşəallah düşünürəm ki, yaxşı
olar. Gənc nazirdir, arzu edirəm ki, yaxşı olsun. Ona uğurlar arzu
edirəm!".
Ona yeni vəzifə verilməsi barədə yayılan məlumatlara da toxunan
sabiq nazir hələlik bu barədə heçnə demək istəmədiyini qeyd edib:
"Bu barədə bir şey demək istəmirəm. Vaxtı gələndə danışarıq".
Xatırladaq ki, M. Mərdanov aprelin 19-da prezidentin sərəncamı ilə
istefaya göndərilib. Onu bu postda Mikayıl Cabbarov əvəz edib.