Bakı Limanının köçürülməsinə başlanılıb

14 Dekabr 2018 11:52 (UTC+04:00)

“Bakı Limanının köçürülməsi işləri artıq başlayıb".

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərli deyib.

Onun sözlərinə görə, hazırda limandakı kranların sökülməsi prosesi gedir: “Növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019 -cu ilin I rübündən bütün əməliyyatlar orda həyata keçiriləcək”.