Azərbaycanda bərpa olunan enerji ilə bağlı qanun layihəsi gələn ilin I yarısında hazır olacaq

14 Dekabr 2018 12:22 (UTC+04:00)

2019-cu ilin aprel-may aylarına Azərbaycanda bərpa olunan enerji ilə bağlı qanun layihəsinin hazır olması nəzərdə tutulub.

Movqe.az xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bildirib.

O qeyd edib ki, qanun layihəsində investorların maraqları tam nəzərə alınacaq.“Qarşıdakı illərdə bərpa olunan enerji sahəsində özəl təşəbbüslərə, özəl investisiyalara əsaslanan günəş, külək, bio enerjinin istifadəsi sahəsində mühüm layihələr həyata keçiriləcək. Bununla da bərpa olunan enerji sahəsi də ölkənin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsini verəcək”,- S.Vəliyev vurğulayıb.

Nazir müavini həmçinin bildirib ki, bərpa olunan enerji ilə bağlı ərazilərin müəyyənləşdirilərək tam paketlər şəklində investorlara təqdim edilməsi də nəzərdə tutulub.