"Roza Zərgərli ilə eyni oyuna heç vaxt gəlmərəm"

14 Dekabr 2018 20:37 (UTC+04:00)

"Maşın" realiti-şousunun 17-ci buraxılışı ötən gün start götürüb. 

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, açılış mərasimində bu günə kimi oyuna qatılan iştirakçılar yer alıblar. Onlardan biri də müğənni Xatun Əliyeva olub. İfaçı aparıcı, xalq artisti Murad Dadaşov Xatundan oyunla bağlı fikirlərini soruşub. 

Sənətçinin açıqlaması isə hər kəsi təəccübləndirib. Belə ki, Xatun ötən şounun qalibi müğənni Roza Zərgərliyə söz atıb. 

İfaçı "Roza Zərgərli ilə eyni oyuna heç vaxt gəlmərəm. Mən ondan qorxuram" sözlərini deyib.