Lavrov Bakıda Tahir Salahovla görüşdü, sərgisində oldu

14 Dekabr 2018 22:11 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və SSRİ-nin xalq artisti Tahir Salahovun sərgisində iştirak edib.

Movqe.az xəbər verir ki, sərgi rəssamın 90 illik yubilieyi əlaqədar Bakı Ekspo Mərkəzində keçirilir.

S.Lavrov sərgi zamanı rəssamla da görüşüb. Sərgidən sonra nazir, Tahir Salahova Rusiya XİN-in mükafatını təqdim edib.

Qeyd edək ki, rusiyalı nazir Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak etmək üçün ötən gün Azərbaycana səfərə gəlib. S.Lavrov gərgin iş qrafikinə baxmayaraq, bu gün tanınmış rəssamla görüşməyə vaxt tapıb.