4 otaqlı ev yandı

16 Dekabr 2018 11:10 (UTC+04:00)

Cəlilabadda dörd otaqlı ev yanıb.

Movqe.az trend-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.