Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac etməyə hazırlaşır

19 Dekabr 2018 13:26 (UTC+04:00)

Zaqatala rayonunda fəaliyyət göstərən “Khan-El” MMC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Haghanyat General Trading” şirkəti ilə Azərbaycandan bu ölkəyə fındıq ixracına dair müqavilə bağlayıb.
Movqe.az  bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, müqavilə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Körfəz ölkələrinə təşkil edilmiş növbəti ixrac missiyası çərçivəsində imzalanıb. Missiyaya boya, mebel, plastik boru, fitinq, toxuculuq məhsulları, nar şirəsi, fındıq, konserv məhsulları, çay, mineral su istehsalı, turizm və s. sahələrdə fəaliyyət göstərən 29 Azərbaycan şirkəti daxil olub.