Abşeron sakinləri şəxsiyyət vəsiqələrini mayın 15-dən "ASAN"-dan alacaqlar
25 Aprel 2013 18:27 (UTC+04:00)
"ASAN xidmət" may ayının 15-dən etibarən Abşeron rayon sakinlərinə
xidmət göstərəcək. Bu məlumatı Mövqe.az-a Abşeron rayon Polis
İdarəsinin Qeydiyyat və Şəxsiyyət bölməsindən verilib. Bölmədən
bildiriblər ki, artıq gələn ayın 15-dən Abşeron rayon sakinləri üç
gün ərzində şəxsiyyət vəsiqələrini "ASAN xidmət"in Sumqayıt
regional mərkəzindən ala biləcəklər.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Azad Cəfərlinin Mövqe.az-a xəbəri
təsdiqləyərək bildirib ki, artıq gələn aydan etibarən Sumqayıtda
"ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq. A. Cəfərli bu mərkəzin
Sumqyıt və Sumqayıt ətrafına xidmət göstərəcəyini söylədi. Qeyd
edək ki, hazırda "ASAN xidmət" mərkəzi Bakının Nərimanov, Nəsimi və
Binəqədi rayonlarında fəaliyyət göstərir.