Yeni nəsil niyə cılızlaşır? - AÇIQLAMA - VİDEO

20 Dekabr 2018 19:03 (UTC+04:00)

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, belə getsə, gələcəkdə vəziyyət daha da dəyişə bilər. Səbəblər isə bir neçədir.


Adil Quybulla - Tibbi ekspert: "Uşaqları çox geyindirirlər, yedirdirlər, idmana meyilli olmurlar, immun sistemi zəif olur. Təbii ki, ekoloji faktorları da qeyd etmək lazımdır".

Sakin: "İdmana vaxt ayırmıram. Yalnız həftə sonları".

Qohum nikahları da boy artımına bir bəladır desək, yanılmarıq.

Nahid Məhərrəmov - Həkim-terapevt: "Məsləhətdir ki, yaxın qohum evliliklərində gen xəstəlikləri mütləq yoxlanılsın, ondan sonra qərar verilsin".

Sakin: "Mənim valideynlərim məndən çox kiçik idi, amma mən onlardan qat-qat hündürboy oldum".

Adil Quybulla - Tibbi ekspert: "Bununla məşğul olacaq müvafiq qurumlar olmalıdır. Zərərverici faktorlarla bağlı izahat aparılmalıdır".

Azərbaycan əhalisi arasında ən çox cılızlaşmanın qeydə alındığı ərazi də müəyyənləşdirlib, şimal-qərb regionu.

Ekspertlər deyir ki, problemin daha qabarıq şəkil alaraq gələcək genefonda təsir etməməsi, yaxud bu təsiri azaltmaq üçün gənclər kütləvi şəkildə idmana cəlb olunmalı, sistemli işlər aparılmalıdır.