Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ölümcül TƏHLÜKƏLİDİR

20 Dekabr 2018 16:27 (UTC+04:00)

Britaniyadakı Plimut Universitetinin alimlərinin apardıqları araşdırma nəticəsində bəlli olub ki, gündəlik istifadə olunan bir sıra əşyalarda, o cümlədən plastik oyuncaqlarda, boyalarda və çini məmulatlarda zəhərli, ağır metal olan kadmtiumun səviyyəsi ifrat dərəcədə yüksəkdir.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, kadmiumdan al qırmızı, narıncı və ya sarı rəngli boyaların istehsalında istifadə olunur. Zaman keçdikcə əşyaların üzərindəki boyalar solur, tökülür.

Bundan başqa, təkrar emal zamanı metal şüşə əşyalara da düşə bilər.

Müxtəlif qaydalara görə, əşyalarda kadmiumun miqdarı 1 milyon hissəcikdə 50-800-dən artıq olmamalıdır. Lakin uşaq oyuncaqlarında kadmiumun miqdarı normadan on dəfələrlə çoxdur.

Ən yüksək kadmium miqdarı isə şüşə stəkan və butulkaların səthində aşkarlanıb.