Bakcell "Mobil Telekommunikasiyaya Giriş" mövzusunda jurnalistlər üçün iki günlük seminar təşkil edib

21 Dekabr 2018 12:16 (UTC+04:00)

Bu gün Bakcell şirkətinin Şəki rayonunda jurnalistlər üçün təşkil etdiyi iki günlük "Mobil Telekommunikasiyaya Giriş"  adlı seminar öz işinə başlayıb. 30-dan çox jurnalistin iştirak etdiyi seminarın ilk mövzusu "Mobil internetdə son durum: tətbiqlər və cihazlar" olub.  Movqe.az-ın məlumatına görə, bu mövzuda  təqdimatı  Bakcell şirkətinin Məhsulların idarəedilməsi departamentinin rəhbəri Cəlil Xəlilov edib.