Gündə 1 yumurta yeyənləri bu xəstəlik gözləmir - Çin alimləri

23 Dekabr 2018 18:06 (UTC+04:00)

Hər gün 1 yumurta yeməklə insult riskini xeyli azaltmaq mümkün imiş.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, Çin alimləri belə qənaətə gəliblər. Pekin Universiteti alimləri 9 il ərzində yaşı 30-dan 79-a qədər olan 420 min insanın qidalanması göstəricilərinə nəzarət edib.

Mütəxəssislər aşkar ediblər ki, hər gün yumurta yeyən insanlarda bu məhsulu yeməyən və ya nadir hallarda yeyən insanlarla müqayisədə insult riski 26%, insultdan ölüm riski isə 28% daha azdır.

Həmçinin yumurta yeyən insanlarda digər ürək-damar xəstəliklərinin riski də 18% daha azdır.

Tədqiqatçılar ağır ürək və damar xəstəliklərindən qorunmaq üçün hər gün yumurta yeməyi tövsiyə edirlər.