Gülər Əhmədovanın oğlundan xəbər var

26 Aprel 2013 14:30 (UTC+04:00)
"Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun səhhəti normaldır. Hələki Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında stasionar şəraitdə müalicəsi davam etdirilir".
Bu barədə məlumatı Movqe.az-a Hospitaldan veriblər. Hospitaldan bildirblər ki, T. Əhmədov hələki hərbi hissəyə yazılmayıb: "Hələki T.Əhmədovun müalicəsi davam edir. Özünü yaxşı hiss edir. Hərbi hissəyə yaxın günlərdə göndərilməsi nəzərdə tutulmur".Xatırladaq ki, sabiq millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov DSX-nin Yevlaxdakı N saylı hərbi hissəsində təlim zamanı qolu sındığından Bakıya Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.