Serbiya Prezidenti üzr istədi

26 Aprel 2013 15:19 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Serbiyanın milliyyətçi Prezidenti Nikoliç 1995-ci ildə Srebrenikada 8 min müsəlman kişinin qətl edilməsiylə əlaqədar olaraq ilk dəfə üzr istəyib: "Diz çökərək əfv diləyirəm." Serbiya prezidenti Tomislav Nikoliç 1995-ci ildə 8 min müsəlmanın öldüyü Srebrenika Soyqırımı səbəbiylə ilk dəfə üzr istəyib. Lakin milliyyətçi lider, qırğını "soyqırım" olaraq xarakterizə etməkdən boyon qaçıraraq "Köhnə Yuqoslaviyadakı bütün hadisələr soyqırım izi daşıyır. Soyqırım sözü sübut olunmalıdır "deyə bildirib. Srebrenika Anaları Dərnəyinin başçısı Münire Subaşiç isə "səmimiyyətinə əmin deyiləm. Diz çökərək əfv diləyən deyil, "soyqırım" deyən bir Serb Prezidenti lazımdır. Beynəlxalq qərarlar ancaq belə tanınır "deyib. Nikoliçin keçən may ayında kresloya oturduqdan sonra "Srebrenikada soyqırım olmadı" deməsi, beynəlxalq sahədə böyük səs-küy yaratmışdı.