TQDK- əməkdaşının döyülməsi xəbərinə aydınlıq gətirdi

26 Aprel 2013 14:33 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  aprelin 25–də Bakı şəhəri 53 saylı orta ümumtəhsil müəssisəsində keçirilən monitorinq imtahanı zamanı bəzi əməkdaşlarının döyülməsi xəbərinə aydınlıq gətirib. TQDK-dan Movqe.az-a verilən məlumata görə,  aprelin 25–də Bakı şəhəri 53 saylı orta ümumtəhsil müəssisəsində keçirilən monitorinq imtahanı zamanıbəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayılıb.TQDK bununla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri Yasamal rayonu 53 saylı orta ümumtəhsil müəssisəsində aprelin 25-də fizika fənni üzrə keçirilən monitorinq imtahanında XI sinif şagirdlərindən bir neçəsi imtahanın gedişinə mane olaraq intizamsız hərəkətlər ediblər. Bu, imtahan rəhbəri tərəfindən tənbehlə qarşılanmış və onlara sərt şəkildə xəbərdarlıq edilib. İmtahan rəhbərinin sərt reaksiyası şagirdlər tərəfindən kobudluqla qarşılanıb. İmtahan prosesinin təlimata uyğun qaydada aparılmasını təmin etmək mümkün olub. Qeyd edirik ki, Komissiya nümayəndələrinin döyülməsi və guya imtahan zamanı hicablı şagirdə geyiminə görə irad bildirilməsi ilə bağlı əvvəlcə sosial şəbəkələrdə, daha sonra KİV-də yayılmış şayiə xarakterli məlumatların heç bir əsası yoxdur. xatırladaq ki, Avropa.info saytında dərc olunan xəbərdə qalmaqalın yaranmasına səbəb kimi TQDK nümayəndələrinin 11-ci sinifdə oxuyan hicablı qızdan hicabı açmasını tələb etdiyi göstərilib: "Hicablı şagird soyuqqanlılıqla "açmıram" deyib. Bunu görən və pərt olan həmin TQDK nümayəndəsi sinif qarşısında "yüz oyundan çıxırlar, sonra da başlarını bağlayırlar" deyərək qızı təhqir edib. Dərsdən sonra sinif oğlanları məktəbin həyətinə yığılıb həmin şəxsləri döyüblər. Məktəbdə hay-küy qopub".