"Dərslərimi qəbiristanlıqda oxuyurdum" - Elgiz Əkbər

26 Dekabr 2018 20:11 (UTC+04:00)

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, Elgiz dərslərini qəbiristanlıqda hazırladığını deyib:

"Mənə jurnalist sual verdi ki, hərdən çəkilişlə bağlı qəbiristanlığa gedirsiniz. Bizim bir qohumun həyəti ilə qəbiristanlığın arası bir addımlıq idi. Dərslərimi hazırlamaq üçün ora gedirdim. Kitablarımı götürüb gedirdim qəbiristanlığa dərs hazırlayırdım. Çünki orada heç kim narahat etmirdi. Səs-küy də yox idi. Hələ balaca idim. Ona görə deyirəm ki, ölülərdən qorxmaq lazım deyil. Dirilərdən qorxmaq lazımdır. Nə edirsə, onlar edir".