Duzlu su, mixək bizi ən qorxduğumuz ağrıdan xilas edir - Diş ağrısı üçün 6 TÜRKƏÇARƏ

26 Dekabr 2018 22:20 (UTC+04:00)

Diş ağrısının səbəbi diş emalının zədələnməsi nəticəsində yaranan kariesdır. Karies - dişlərin turşuların təsiri ilə dağılması prosesidir. Turşular dişlər arasında qalan yemək artıqları ilə qidalanaraq çoxalan bakteriyaların ifrazat məhsullarıdır. Diş emalında olan kiçik çat və ya dəliyə düşən yemək qalıqları çürüyərək onu dağıdır, beləliklə də emal təbəqəsinin altında olan dentin məhv olmağa başlayır. Bu təbəqə emaldan yumşaqdır və tez bir zamanda sıradan çıxır. Daha sonra çürümə qan damarlarının və sinirlərin zəngin olduğu pulpaya (diş əti) qədər gedir. Nəticədə dişdə ağrı, qanaxma və iltihab meydana gəlir. Kariesi xalq təbabəti vasitəsilə müalicə etmək mümkün deyil. Amma karies nəticəsində meydana çıxan ağrını xalq təbabətində olan bəzi vasitələrlə aradan qaldırmaq mümkündür.

Movqe.az medicina.az-a istinadən diş ağrısının ev şəraitində aradan qaldırılması yollarını təqdim edir: 

1) Duzlu su. Duzlu su ilə dişləri qarqara etmək diş ağrısından qurtulmağın ən effektiv yoludur. 

2) Salo. Salo sınanılmış vasitədir. Salonun kiçik bir hissəsini yanağınızın iç tərəfindən ağrıyan dişin damağına yapışdıraraq 15-20 dəqiqə saxlasanız, o zaman ağrı keçəcək. Bu vasitə 90 % hallarda kömək edir.

3) Mixək. Bir ədəd mixəyi xəstə dişin çürük yerinə yerləşdirin və yüngülcə əzin. Ağrı təxminən 10-15 dəqiqə müddətində keçəcək. Bu məqsədlə mixək yağından da istifadə etmək mümkündür.

4) Vanilin. Çürük dişin deşiyinə şəkərsiz vanilin tozu tökün. 10-15 dəqiqədən sonra ağrı keçəcək.

5) Sarımsaq. 1 diş sarımsağı kəsərək xəstə dişin damağına sürtün.

6) Araq və spirt. Dişinizi bu maddələrlə yaxalayın. Dezinfeksiya və anesteziya sayəsində ağrı tezliklə azalır.