Sevgilisini avtobus vurdu

26 Aprel 2013 16:05 (UTC+04:00)

Kelli Brukun sevgilisi Denni Siprienini bar çıxışı iki mərtəbəli bir avtobus vurub. Movqe.Az-ın məlumatına görə, məşhur model Kelli Brukun bir müddət ayrı qalıb yenidən barışdığı reqbi oyunçu sevgilisi Denni Siprienini bardan çıxarkən ehtiyatsızlıq üzündən iki mərtəbəli avtobus vurub. Siprienini vurmamaq üçün tez bir zamanda əyləcə basan sürücü avtobusu dayandıra bilməyib. Denni Siprieninin meneceri Ceymes Uilliamsonun verdiyi məlumata görə, "Siprieni xəstəxanada bir gecə qalıb. Bütün bir gecə ərzində müxtəlif yoxlamalar edilib və ciddi nəzarət altında saxlanılıb" deyib.