"Qurbağa körpə" böyüdü

26 Aprel 2013 17:00 (UTC+04:00)

"Qurbağa" kimi ayaqlarla dünyaya gələn 4 yaşlı ingilis Lillian Ridinq, keçirdiyi 13 əməliyyat və reabilitasiya işlərindən sonra gəzməyə başlayıb. Movqe.Az-ın məlumatına görə, Lillian, dəmirlə dəstəklənən qıçlarıyla addım atmağa başlayıb. Əzələ "miyopati"si (zəifliyi) narahatlığı ilə dünyaya gələn və hər iki ayağında da normalda 15 olması lazım olarkən 2 cüt əzələ olan Lillianın anası Keti, "Lilliaya edilən bir diz əməliyyat və gəzmək üçün müalicələrdə doğuşdan əyri olan ayaqlarına müdaxilə edilərək eyni zamanda əzələlərinin güclənməsi təmin edilib. Qızım yaşıdları kimi artıq gəzib qaça bilir" deyə danışıb.