Şampun və diş pastası qızlar üçün təhlükəlidir

30 Dekabr 2018 14:48 (UTC+04:00)

Şampun və diş pastasının gözlənilməyən təhlükəsi müəyyən edilib.

Movqe.az saglamolun.az-a istinadla xəbər verir ki, Kaliforniya universitetinin alimləri müəyyən edib ki, şampun, diş pastası və sabunun tərkibində olan kimyəvi maddələrə məruz qalan uşaqlar erkən cinsi yetişməyə meyilli olurlar. Bu da öz növbəsində psixi xəstəliklər, süd vəzisi və cinsi orqanların xərçənginə səbəb olur.

Araşdırmada 388 qız iştirak edib. Onlar doğulandan yeniyetməlik dövrünə qədər müşahidə altında olub. Ekspertlər uşaqların orqanizminin inkişafına və boyun artmasına təsir göstərən əsas faktorları müəyyən edib.

Araşdırma zamanı müəyyən edilib ki, erkən cinsi yetkinlik süd vəzilərinin böyüməsi və ilk mensturasiyanın 8 yaşında olmaqla özünü büruzə edib.

Qızlar adətən pubertat dövrünə 11 yaşında qədəm qoyur.