Anası 17 yaşlı qızına böyrəyini bağışladı

26 Aprel 2013 17:14 (UTC+04:00)

Azərbaycanda 17 yaşlı qıza böyrək köçürülüb. ANS PRESS-in məlumatına görə, 3 ildir dialezlə yaşayan Məmmədova Zeynəb artıq normal həyatına dönüb. 


Yeniyetmə qıza böyrəyini onun anası bağışlayıb. 


Zeynəb Məmmədovanın əməliyyatını Mərkəzi Neftçilər Xəstəxanasının peşəkar həkimləri- Mircəlal Kazımi, Eldar Əhmədov, Fərid Həsənov, Kamran Beydullayev, Ceyhun İsayev, Rəna Əliyeva, Elnur Fərəcov, Şahnaz Cəfərova, Ağakişi Yəhyayev, Qulam Rüstəmzadə, Mayıl Sədiyev, Bəhruz Səlimov iştirak edib. 


Məmmədova Zeynəbə böyrək köçürən həkimlərdən biri nefroloq-həkim Elnur Fərəcov ANS PRESS-ə bildirdi ki, 17 yaşlı qız artıq normal həyata başlayıb: "Onun böyrəkləri əvvəlki kimi normal vəziyyətdə işləyir. Xəstə artıq evə buraxılıb". 


Qeyd edək ki, Zeynəb Məmmədova Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülən 51-ci resipiyentdir.