Yeni il gecəsi Bakıda və Abşeronda hava necə olacaq?

30 Dekabr 2018 19:06 (UTC+04:00)

Yeni il gecəsi Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.

Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək.

Temperatur 3-5 dərəcə isti olacaq.