Barcelona qapıçısına 60 milyon qiymət qoydu

30 Dekabr 2018 21:30 (UTC+04:00)

Barselona hollandiyalı qapıçısı Yasper Sillesseni satmağa hazırdır.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı qolkiper üçün 60 milyon avro qiymət qoyulub.

İngiltərə Premyer Liqası və İtaliya A seriyası təmsilçiləri qapıçının xidmətində maraqlıdı. Lakin Kataloniya təmsilçisinin belə yüksək qiymət qoyması bəzi müştərilərin mübarizədən çəkilməsi ilə nəticələnəcək.

Artıq bəzi klublar Barcelona ilə danışıq aparmaqla qiyməti aşağı salmaq istəyib. Amma İspaniya klubu bundan imtina edib.

Qeyd edək ki, 2016-cl ildən indiki klubunda oynayan Silessen almaniyalı Andre Ter-Şteqenin kölgəsində qalıb. Hollandiyalı cari mövsümdə heç meydana da çıxmayıb