Kortların gözəli avtomobil tanıdacaq

26 Aprel 2013 18:00 (UTC+04:00)

Tennis kortlarının ulduzu Maria Şarapova, artıq "Porsche" üçün gülümsəyəcək. Movqe.Az-ın məlumatına görə, bu il dizayn studiyasının qırxıncı və 911 əfsanəsinin əllinci ildönümünü qeyd edən "Porsche", gələcək üç il üçün yeni marka üzü olaraq Maria Şarapova ilə müqavilə bağlayıb. "Porsche"nin Baş İcraçı Direktoru Matthias Mueller "Maria Şarapova maksimum performansı, zəriflik və gücü birləşdirə bilən qeyri-adi bir idmançıdır. Bunlar bizim idman avtomobillərimizdə bir araya gətirdiyimiz xüsusiyyətlərdir" sözlərini bildirib.