Süpürgəçi maaşı: 5 min dollar

2 May 2012 16:45 (UTC+04:00)


Norveçin paytaxtında yaşamaq heç ucuz deyil. Osloda restoranda bir pay yemək 43 dollara başa gəlir. Bir kq düyü 5,66 dollar, bir dozen (12 ədəd) yumurta 6,72 dollardır. Osloda teatr, film, kino zallarının biletlərinin qiymətləri təxminən 16 dollardır.

Nəzərə almaq lazımdır ki, həmin ölkələrdə maaşlar da yuxarıdır.

Osloda süpürgəçilərin maaşları:

Bu şəhərdə minimal maaş süpürgəçi – zibildaşıyanın qazandığı maaşdır ki, bu da ayda 4 - 5 min dollardır.

Əlbəttə, bu qədər maaş alan işçi yuxarıdakı qiymətlərlə rahat dolana bilər.

ABŞ-da süpürgəçilər isə ayda 1200 dollar qazanır.

Türkan Nadirqızı

Movqe.Az