Pulişiçin transferi rəsmiləşdi

2 Yanvar 2019 16:30 (UTC+04:00)

Chelsea Borussia Dortmund-un futbolçusu Kristian Pulişiçi transfer edib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, londonlular ABŞ millisinin 20 yaşlı cinah yarımmüdafiəçisi üçün 64 milyon avro ödəyiblər. Lakin o, yeni klubuna yayda qoşulacaq.

Pulişiç 2019-cu ilin iyununa qədər icarə əsasında Dortmund komandasının formasını geyinəcək.

Qeyd edək ki, Pulişiç 2016-cı ilin yanvarından Borussia-da çıxış edir.