Soyuqdəymədir deyə getdiyi xəstəxanada öldü

26 Aprel 2013 19:22 (UTC+04:00)

Yaxınlarına bir həftə ərzində özünü yaxşı hiss etmədiyini söyləyən Maria Titli, evində oturarkən tənəffüs çatışmazlığı şikayətiylə xəstəxanaya aparılıb. Movqe.Az-ın məlumatına görə, dərhal müalicə altına alınan Titli, həkimlərin 2 gün davam edən səylərinə baxmayaraq xilas ola bilməyib. Dostları Marianın bir müddətdir tənəffüs çətinliyi çəkdiyini və bunun sadə bir qrip olduğunu düşündüyünü bildiriblər. Sevilən bir dost, nümunəvi bir şagird olduğu bildirilən Titlinin ani ölümü tanıdıqlarını kədərə qərq edib.