"Taliban" hücum etdi - 8 ölü

3 Yanvar 2019 21:00 (UTC+04:00)

Əfqanıstanın Baqlan əyalətində “Taliban” silahlıları hərbçilərə hücum edib.

Trend-in məlumatına görə, nəzarət-buraxılış məntəqəsinə edilən hücum nəticəsində 8 hərbçi həlak olub.

Daha 4 nəfərin isə yaralandığı bildirilir. “Taliban” silahlıları məntəqədən silah-sursat aparıblar.

Qeyd olunur ki, hücum zamanı 3 “Taliban” silahlısı da yaralanıb.